Azərbaycan nəqliyyat vasitələri hissələrinin idxalına çəkdiyi xərci 44 % artırıb
- 17 oktyabr, 2023
- 05:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 1 milyard 878 milyon 955,69 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 577 milyon 102,17 min ABŞ dolları və ya 44,3 % çoxdur.
Bu ilin 9 ayında nəqliyyat vasitələri və onların hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 14,90 %-ni təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 103 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 9 aylıq xarici ticarət dövriyyəsinin 26 milyard 489 milyon ABŞ dolları ixracın, 12 milyard 614 milyon ABŞ dolları isə idxalın payına düşüb.