Azərbaycan nəqliyyat vasitələri hissələrinin idxalına çəkdiyi xərci 19 % azaldıb
- 17 iyun, 2024
- 05:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan 864 milyon 185,07 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin ilk 5 ayı ilə müqayisədə 208 milyon 710,01 min ABŞ dolları və ya 19,45 % azdır.
Ötən 5 ay ərzində nəqliyyat vasitələri və onların hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 11,84 %-ni təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 18 milyard 439 milyon 272,4 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 138 milyon 581 min ABŞ dolları ixracın, 7 milyard 300 milyon 691,4 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 30,9 % azalıb, idxal isə 6,75 % çoxdur.