Azərbaycan narının yeni ixrac bazarlarına çıxarılması müzakirə edilib
- 14 mart, 2023
- 12:13
Yeniliklərdən dərhal xəbərdar olun!
İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Azərbaycan narının yeni ixrac bazarlarına çıxarılması ilə bağlı müzakirələr olub.
Qurumdan "Report"a verilən məlumata görə, müzakirələrdə Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin əməkdaşları iştirak edib.
Görüşdə nar ixracatçılarına sertifikatlaşma və ixrac prosedurları, narın yeni ixrac bazarlarına çıxarılması üçün tələb olunan keyfiyyət standartları, AZPROMO-nun dəstək tədbirləri, korporativləşmə barədə məlumat verilib, fermerlərin sualları cavablandırılıb.