Azərbaycan Moskva və Tulaya nektarin, şaftalı, alma və üzüm ixrac edib

Biznes
  • 07 sentyabr, 2022
  • 11:18
Azərbaycan Moskva və Tulaya nektarin, şaftalı, alma və üzüm ixrac edib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Moskva və Tula vilayətləri üzrə idarəsi ötən ay bölgəyə idxal edilmiş 62 tondan çox meyvə-tərəvəz karantin fitosanitar nəzarəti həyata keçirib.

"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, nəzarəti həyata keçirilən məhsulların 58 min tonu meyvə, 4 min tonu isə tərəvəz olub.

İdxal edilən meyvələrin böyük hissəsini Azərbaycan, Özbəkistan, İran, Türkiyə və Gürcüstandan gətirilən nektarin və şaftalı (21 min tondan çox) olub. Həmçinin Moldova, Azərbaycan və Serbiya kimi ölkələrdən alma (14 min tondan çox), Özbəkistan, Azərbaycan, Türkiyə və Türkmənistandan üzüm (7,5 min ton) idxal edilib.

“Rosselxoznadzor”un tabeliyində olan Ümumrusiya Bitki Karantini Mərkəzinin (FGBU "VNIIKR") mütəxəssisləri tənzimlənən məhsullar üzərində laboratoriya sınaqları keçiriblər. Meyvə-tərəvəz məhsulları karantin fitosanitar nəzarəti prosedurundan uğurla keçdikdən sonra sərbəst satışa buraxılıb.

44 filmi