Azərbaycan Moldova ilə biznes əlaqələrini gücləndirir
- 01 iyun, 2026
- 18:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Moldova arasında biznes əlaqələrinin gücləndirilməsi üçün mövcud potensial dəyərləndirilib.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, müzakirələr "Bakı Enerji Həftəsi" çərçivəsində Moldovanın energetika naziri Dorin Junqietu ilə görüşdə baş tutub.
Nazir qeyd edib ki, ölkələrimiz arasında iqtisadi münasibətlərin perspektivlərini, enerji, ticarət, kənd təsərrüfatı, İKT, investisiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edilib.
We were pleased to meet with Dorin Junghietu (@DorinJunghietu), the Minister of Energy of Moldova, on the sidelines of Baku Energy Week. During the meeting, we discussed prospects for deepening #economic cooperation between our countries and opportunities for expanding… pic.twitter.com/w47Mux3H27
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 1, 2026