Azərbaycan Misirdən kartof alışını bərpa edib
- 21 may, 2025
- 10:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycan 17,8 milyon ABŞ dolları dəyərində 55 049 ton kartof (toxumluq kartofdan başqa) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16 % çox, kəmiyyət olaraq – 5 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyədən 11,4 milyon ABŞ dolları dəyərində 36 738 ton (1 il bundan əvvəl tədarük olmayıb), Gürcüstandan 4,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 12 dəfə çoxdur) 12 879 ton (+12,5 dəfə), Pakistandan 1,4 milyon ABŞ dolları dəyərində (+44 dəfə) 3 187 ton (+32 dəfə), İrandan 465 min ABŞ dolları dəyərində (-94 %) 1 777 ton (-94 %), Misirdən 85 min ABŞ dolları dəyərində 112 ton məhsul alıb.
Azərbaycan 1 il 7 aylıq fasilənin ardından Misirdən kartof tədarükünü bərpa edib.
2024-cü ildə Azərbaycana idxal edilmiş 142 min 897 ton kartofun 46,5 %-i İranın, 23,2 %-i Rusiyanın, 16,8 %-i Gürcüstanın payına düşüb.