Azərbaycan meşə fındığı ixracından gəlirini 15 %-ə yaxın artırıb

Biznes
  • 05 yanvar, 2024
  • 12:12
Azərbaycan meşə fındığı ixracından gəlirini 15 %-ə yaxın artırıb

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 21 min 382 ton meşə fındığı ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə meşə fındığının dəyəri 111 milyon 528 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2 min 391 ton (12,5 %), dəyər baxımından isə 14 milyon 43 min ABŞ dolları (14,4 %) çoxdur.

11 ay ərzində meşə fındığı ixracından gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,35 %-ni təşkil edib.