Azərbaycan Meksikadan smartfon alışını bərpa edib

Biznes
  • 22 may, 2025
  • 11:27
Azərbaycan Meksikadan smartfon alışını bərpa edib

Bu ilin I rübündə Azərbaycan 82,8 milyon ABŞ dolları dəyərində 261 576 ədəd smartfon idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 22 % azdır.

Hesabat dövründə Azərbaycan Çindən 62,7 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 6 % azdır) 213 304 ədəd (-17 %), Vyetnamdan 18 milyon ABŞ dolları dəyərində (-11 %) 43 550 ədəd (-25 %), Hindistandan 2,1 milyon ABŞ dolları dəyərində (-52 %) 4 488 ədəd (-77 %), Cənubi Koreyadan 27,6 min ABŞ dolları dəyərində (+7 dəfə) 230 ədəd (+58 dəfə), Meksikadan 0,3 min ABŞ dolları dəyərində 3 ədəd cihaz alıb.

Azərbaycan 7 il 2 aylıq fasilənin ardından Meksikadan tədarükü bərpa edib.

2024-cü ildə Azərbaycana idxal edilmiş 1,5 milyon ədəd smartfonun 79,5 %-i Çinin payına düşüb.