Azərbaycan Malayziyadan kassa aparatlarının alışını kəskin artırıb
- 03 iyul, 2025
- 14:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 2,5 milyon ABŞ dolları dəyərində 12 780 ədəd kassa aparatı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 48,2 %, kəmiyyət olaraq – 47,8 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 2,35 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 65 % çoxdur) 12 642 ədəd (+48 %), Malayziyadan 66 min ABŞ dolları dəyərində (+5,5 dəfə) 54 ədəd (+5 dəfə), Rusiyadan 29,5 min ABŞ dolları dəyərində 13 ədəd (bir il əvvəl tədarük olmayıb), Macarıstandan 27,1 min ABŞ dolları dəyərində (+59 %) 15 ədəd (+36 %), Meksikadan 22,9 min ABŞ dolları dəyərində 27 ədəd (bir il əvvəl tədarük olmayıb) kassa aparatı alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 27 606 ədəd kassa aparatının 98,5 %-i Çinin payına düşüb.