Azərbaycan Malayziyadan eşitmə aparatları almağa başlayıb

Biznes
  • 19 fevral, 2025
  • 11:10
Azərbaycan Malayziyadan eşitmə aparatları almağa başlayıb

2024-cü ildə Azərbaycana xarici ölkələrdən 663 min ABŞ dolları dəyərində 6 748 ədəd eşitmə aparatı gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 48 %, kəmiyyət olaraq – 47 % azdır.

Hesabat dövründə Çindən 405 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 2,4 dəfə çox) 4 738 ədəd (-44 %), Sinqapurdan 101 min ABŞ dolları dəyərində (-14 %) 1 094 ədəd (+47 %), Danimarkadan 47 min ABŞ dolları dəyərində (-75 %) 209 ədəd (-82 %), Vyetnamdan 40,4 min ABŞ dolları dəyərində (+2 dəfə) 202 ədəd (+2,8 dəfə), İsveçrədən 28,5 min ABŞ dolları dəyərində (-3 %) 236 ədəd (+22 %) məhsul alınıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Malayziyadan tədarük (15,3 min ABŞ dolları dəyərində 18 ədəd) həyata keçirilib.

44 - Tezliklə