Azərbaycan Macarıstandan hindtoyuğu əti almağa başlayıb
- 14 mart, 2025
- 17:15
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycan 3,95 milyon ABŞ dolları dəyərində 3 193 ton hindtoyuğu əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 10 %, kəmiyyət olaraq – 4 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 1,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 37 % çoxdur) 550 ton (+46 %), Braziliyadan 1 milyon ABŞ dolları dəyərində (-42 %) 1 249 ton (-23 %), Kanadadan 626 min ABŞ dolları dəyərində (+63 %) 892 ton (+63 %), Portuqaliyadan 565 min ABŞ dolları dəyərində (+20 %) 400 ton (+14 %), İordaniyadan 63 min ABŞ dolları dəyərində (+15 %) 7,2 ton (+17 %) məhsul alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Macarıstandan tədarük (4,6 min ABŞ dolları dəyərində 0,3 ton) həyata keçirilib.
2023-cü ildə Azərbaycana 15 ölkədən idxal edilmiş 3 314 ton hindtoyuğu ətinin 49 %-i Braziliyanın, 16,5 %-i Kanadanın payına düşüb.