Azərbaycan Litvadan pendir idxalını kəskin artırıb

Biznes
  • 28 avqust, 2024
  • 10:25
Azərbaycan Litvadan pendir idxalını kəskin artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 14,82 milyon ABŞ dolları dəyərində 3 min 723 ton pendir idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 17 %, kəmiyyət olaraq – 20,4 % çoxdur.

Hesabat dövründə Azərbaycan Litvadan 3,22 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 65 % çoxdur) 642 ton (+79 %), İrandan 2,59 milyon ABŞ dolları dəyərində (+23 %) 1 min 361 ton (+20 %), Belarusdan 1,84 milyon ABŞ dolları dəyərində (+47,2 %) 357 ton (+78 %), Rusiyadan 1,36 milyon ABŞ dolları dəyərində (+52 %) 325 ton (+78 %), Almaniyadan 1,23 milyon ABŞ dolları dəyərində (-31 %) 236 ton (-74 %) pendir alıb.

2023-cü ildə Azərbaycana 32 ölkədən idxal edilmiş 6,7 min ton pendirin 36,2 %-i İranın, 15,1 %-i Litvanın payına düşüb.

44 - Tezliklə