Azərbaycan Lipetskdən quş əti idxal edib

Biznes
  • 05 aprel, 2025
  • 13:45
Azərbaycan Lipetskdən quş əti idxal edib

Bu ilin əvvəlindən aprelin 4-nə qədər Rusiyanın Lipetsk vilayətindən Azərbaycana, eləcə də Tacikistan və Türkmənistana ümumilikdə 545 ton quş əti göndərilib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Voronej, Belqorod və Lipetsk vilayətləri üzrə İdarəsi məlumat yayıb.

Ümumilikdə, qeyd olunan dövrdə ümumilikdə Lipetskdən 3,2 min tondan çox ət məhsulu ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfə çoxdur.

Hesabat dövründə 2,8 min ton quş əti Səudiyyə Ərəbistanı, Serbiya, İordaniya, Çin, Qvineya, Vyetnam və Birləşmiş Ərəb Əmirliklərinə, 433,5 ton mal əti isə Çinə göndərilib.

Bildirilib ki, ixrac edilən bütün məhsullar idxalçı ölkələrin tələblərinə tam cavab verib. "Rosselxoznadzor"un mütəxəssisləri ixraca hazırlıq zamanı məhsulların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı laborator nəzarətə xüsusi diqqət yetirirlər.