Azərbaycan Latviyaya mis məftil tədarük etməyə başlayıb

Biznes
  • 04 iyun, 2024
  • 07:34
Azərbaycan Latviyaya mis məftil tədarük etməyə başlayıb

Bu ilin I rübündə Azərbaycan 4,8 milyon ABŞ dolları dəyərində 550 ton saflaşdırılmış misdən məftil idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 %, kəmiyyət olaraq – 10 % azdır.

Azərbaycan Özbəkistandan 3,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 24,3 % çoxdur) 401 ton (+25,3 %), Qazaxıstandan 1,1 milyon ABŞ dolları dəyərində 133 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 116 min ABŞ dolları dəyərində (-70 %) 12,1 ton (-68 %), Gürcüstandan 32,1 min ABŞ dolları dəyərində 4,7 ton (bir il əvvəl tədarük olmayıb), Çindən 0,3 min ABŞ dolları dəyərində 0,01 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Hesabat dövründə Azərbaycan 314,2 min ABŞ dolları dəyərində (+4 dəfə) 483 ton (+3,1 dəfə) mis məftil ixrac edib.

Azərbaycan Gürcüstana 294 min ABŞ dolları dəyərində (+3,7 dəfə) 22,4 ton (+3 dəfə) və Latviyaya 20,1 min ABŞ dolları dəyərində 0,6 ton məhsul satıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Latviyaya tədarük həyata keçirilib.