Azərbaycan Latviyadan kürü əvəzedicilərinin alışını bərpa edib
- 12 fevral, 2025
- 09:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar- noyabr aylarında Azərbaycan 573 min ABŞ dolları dəyərində 63 ton balıq kürüsünün əvəzedicilərini idxal edib.
"Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20 % azdır, kəmiyyət olaraq – 22 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 359 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % çoxdur) 29 ton (+93 %), Belarusdan 151 min ABŞ dolları dəyərində (-12 %) 21,4 ton (-9 %), İrandan 49 min ABŞ dolları dəyərində (-2 %) 12 ton (-4 %), Latviyadan 8 min ABŞ dolları dəyərində 0,12 ton (bir il əvvəl tədarük olmayıb), Almaniyadan 2,3 min ABŞ dolları dəyərində (+3 dəfə) 0,03 ton (+3 dəfə) məhsul alıb.
Azərbaycan 4 il 9 aylıq fasilənin ardından Latviyadan kürü əvəzedicilərinin tədarükünü bərpa edib.