Azərbaycan Latviyadan çay alışını bərpa edib

Biznes
  • 13 yanvar, 2025
  • 07:41
Azərbaycan Latviyadan çay alışını bərpa edib

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 62,81 milyon ABŞ dolları dəyərində 12 min ton qara çay idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9 %, kəmiyyət olaraq – 8 % çoxdur.

Hesabat dövründə Azərbaycana Şri-Lankadan 47,483 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7,4 % çoxdur) 8 375 ton (-0,7 %), Rusiyadan 7,63 milyon ABŞ dolları dəyərində (+25 %) 1 335 ton (+31 %), Hindistandan 5,35 milyon ABŞ dolları dəyərində (+25 %) 1 658 ton (+52 %), Keniyadan 991 min ABŞ dolları dəyərində (-26 %) 330 ton (+25 %), İrandan 636 min ABŞ dolları dəyərində (+48 %) 202 ton (+2,8 dəfə) məhsul gətirilib.

Azərbaycan 10 il 7 aylıq fasilənin ardından Latviyadan (0,1 min ABŞ dolları dəyərində 0,02 ton) tədarükü bərpa edib.