Azərbaycan Latviya və Litvadan ştepsel və rozetka alışını bərpa edib

Biznes
  • 16 dekabr, 2023
  • 13:11
Azərbaycan Latviya və Litvadan ştepsel və rozetka alışını bərpa edib

Bu ilin 3 rübü ərzində Azərbaycana 7,2 milyon ABŞ dolları dəyərində 718,54 ton ştepsel və rozetka idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 45,3 %, kəmiyyət olaraq – 15,1 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 2,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 52 % çoxdur) 495 ton (+18 %), Türkiyədən 1,9 milyon ABŞ dolları dəyərində (+25,5 %) 196 ton (+13 %), İtaliyadan 619 min ABŞ dolları dəyərində (+12 %) 9,9 ton (+10 %), Almaniyadan 496 min ABŞ dolları dəyərində (+5 dəfə) 3,1 ton (+3 dəfə), Fransadan 360 min ABŞ dolları dəyərində (+3,5 dəfə) 4,63 ton (+88 %) məhsul alıb.

Azərbaycan 2 ilin tamamında Litvadan (1,1 min ABŞ dolları dəyərində 0,01 ton) və 1 il 8 aylıq fasilənin ardından Latviyadan (0,15 min ABŞ dolları dəyərində 0,01 ton) tədarükü bərpa edib.