Azərbaycan Kuzbassdan buğda unu və toxumluq kartof alıb

Biznes
  • 04 oktyabr, 2023
  • 08:27
Azərbaycan Kuzbassdan buğda unu və toxumluq kartof alıb

Bu ilin sentyabr ayında Azərbaycan Rusiyanın Kuzbass bölgəsindən 67,6 ton buğda unu, 866,3 ton toxumluq kartof idxal edib.

"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.

Məlumata görə, ötən ay bölgədən ümumilikdə 15,7 min ton taxıl və paxlalı məhsullar, eləcə ədə taxıl emalı məxsulları ixrac edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

Sentyabrda Kuzbass məhsullarının əsas idxalçısı Çin (9,6 min ton) və Qazaxıstan (3,9 min ton) olub. Hesabat dövründə Litvaya 1,2 min ton qurudulmuş noxud, Monqolustana 82 ton buğda kəpəyi, Şimali Koreyaya 135 ton buğda unu göndərilib.

İxrac üçün bəyan edilmiş bütün partiyaların idxalçı ölkələrin tələblərinə uyğunluğu təsdiq edilib, 263 fitosanitar sertifikat verilib.

44 filmi