Azərbaycan kərə yağı idxalını 10% azaldıb

Biznes
  • 22 dekabr, 2021
  • 09:20
Azərbaycan kərə yağı idxalını 10% azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 13 480 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə yağın dəyəri 70,1 milyon ABŞ dollar təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1 410 ton (9,4 %) azdır və 3,2 milyon ABŞ dolları (4,3 %) azdır.

Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,7 %-ni təşkil edib.