Azərbaycan Kanadadan torf tədarük etməyə başlayıb

Biznes
  • 16 aprel, 2024
  • 05:48
Azərbaycan Kanadadan torf tədarük etməyə başlayıb

2024-cü ilin yanvar ayında Azərbaycan 175 min ABŞ dolları dəyərində 1 min 104 ton torf (torf qırıntısı da daxil olmaqla) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 42 %, kəmiyyət olaraq – 70 % çoxdur.

Hesabat dövründə Azərbaycan Gürcüstandan 63,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 60 % çoxdur) 634,7 ton (+60 %), Rusiyadan 47 min ABŞ dolları dəyərində (+8 dəfə) 266 ton (+6 dəfə), Litvadan 22 min ABŞ dolları dəyərində (-15 %) 85 ton (-5 %), Latviyadan 19 min ABŞ dolları dəyərində (-27 %) 57 ton (-27 %), Belarusdan 12 min ABŞ dolları dəyərində 58 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Kanadadan (11,4 min ABŞ dolları dəyərində 2,3 ton) tədarük həyata keçirilib.