Azərbaycan Kanadadan lobya alışını bərpa edib

Biznes
  • 15 mart, 2025
  • 13:33
Azərbaycan Kanadadan lobya alışını bərpa edib

2024-cü ildə Azərbaycan 4,61 milyon ABŞ dolları dəyərində 3 244 ton lobya (qurudulmuş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 20 % çoxdur.

Hesabat dövründə Azərbaycan Özbəkistandan 3,74 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 28 % çoxdur) 2 604 ton (+19 %), Myanmadan 241,5 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 193 ton (+2 dəfə), Misirdən 194 min ABŞ dolları dəyərində (+37 %) 120,7 ton (+36 %), Madaqaskardan 131 min ABŞ dolları dəyərində (+151 dəfə) 96 ton (+137 dəfə), Türkiyədən 76,2 min ABŞ dolları dəyərində (+20 dəfə) 51,33 ton (+59 dəfə) məhsul alıb.

Azərbaycan 1 il 10 aylıq fasilənin ardından Kanadadan tədarükü (21,3 min ABŞ dolları dəyərində 15 ton) bərpa edib.

2023-cü ildə Azərbaycana 13 ölkədən idxal edilmiş 2 min 694 ton qurudulmuş lobyanın 81,3 %-i Özbəkistanın payına düşüb.

44 - Tezliklə