Azərbaycan Kanadaya çay tədarükünü bərpa edib
- 09 dekabr, 2024
- 09:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 56,6 milyon ABŞ dolları dəyərində 10 min 881 ton qara çay idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 14 %, kəmiyyət olaraq – 13,5 % azdır.
Azərbaycana Şri-Lankadan 42,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % çoxdur) 7 min 522 ton (+3,4 %), Rusiyadan 7,21 milyon ABŞ dolları dəyərində (+40 %) 1 min 261 ton (+46 %), Hindistandan 4,81 milyon ABŞ dolları dəyərində (+30 %) 1 min 489 ton (+59 %), Keniyadan 916 min ABŞ dolları dəyərində (-32 %) 306 ton (+16 %), İrandan 598 min ABŞ dolları dəyərində (+43 %) 195,61 ton (+2,8 dəfə) məhsul gətirilib.
Hesabat dövründə Azərbaycan 4,48 milyon ABŞ dolları dəyərində (+4 %) 482 ton (+5,2 %) qara çay ixrac edib.
Azərbaycan Gürcüstana 2,22 milyon ABŞ dolları dəyərində (+1 %) 243 ton (-0,2 %), Ukraynaya 1,18 milyon ABŞ dolları dəyərində (+24 %) 132 ton (+22 %), Səudiyyə Ərəbistanına 388 min ABŞ dolları dəyərində (+5 dəfə) 38 ton (+6 dəfə), Təyin olmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 139 min ABŞ dolları dəyərində (+26 %) 8,6 ton (+26,5 %), Almaniyaya 114 min ABŞ dolları dəyərində (+9 dəfə) 9,7 ton (+7 dəfə) məhsul satıb.
Azərbaycan 1 il 6 aylıq fasilənin ardından Kanadaya (9,1 min ABŞ dolları dəyərində 1,24 ton) tədarükü bərpa edib.
2023-cü ildə Azərbaycandan 25 ölkəyə ixrac edilmiş 663 ton qara çayın 52,2 %-i Gürcüstanın payına düşüb.