Azərbaycan Kambocadan velosiped alışını kəskin artırıb
- 12 avqust, 2023
- 13:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 2,1 milyon ABŞ dolları dəyərində 53 min 864 ədəd velosiped (ikitəkərli və digər növ, mühərriksiz) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 36 %, kəmiyyət olaraq – 38 % azdır.
Azərbaycana Çindən 1,72 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 34 % azdır) 51 min 441 ədəd (-39 %), Rusiyadan 243 min ABŞ dolları dəyərində (-22 %) 1 min 771 ədəd (-7 %), Belarusdan 40,84 min ABŞ dolları dəyərində (-28 %) 320 ədəd (-4 %), Türkiyədən 21,73 min ABŞ dolları dəyərində (-75 %) 9 ədəd (-97 %), Kambocadan 21,58 min ABŞ dolları dəyərində (+88 %) 100 ədəd (+2,2 dəfə) velosiped idxal edilib.
2022-ci ildə Azərbaycana (28 ölkədən) idxal edilən 143 min 765 ədəd velosipedin 97 %-i Çinin payına düşüb.