Azərbaycan kakao ixracından gəlirlərini 68 %-dən çox artırıb

Biznes
  • 18 aprel, 2022
  • 09:13
Azərbaycan kakao ixracından gəlirlərini 68 %-dən çox artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 21,214 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 % azdır.

Hesabat dövründə Azərbaycanın kakao və ondan hazırlanan məhsullar ixracının dəyəri isə 1,75 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 68,1 % çoxdur.

Hesabat dövründə kakao və ondan hazırlanan məhsullar üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 0,72 %-ni, ixrac gəlirləri isə ümumi ixrac gəlirlərinin 0,02 %-ni təşkil edib.

44 - Tezliklə