Azərbaycan kakao ixracından gəlirini 9 % artırıb

Biznes
  • 17 iyun, 2023
  • 08:37
Azərbaycan kakao ixracından gəlirini 9 % artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrdən 45,904 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,3 % çoxdur.

Hesabat dövründə Azərbaycandan xaricə 3,987 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar ixrac olunub. Bu isə 1 il əvvələ nisbətən 8,8 % çoxdur.

Bu ilin 5 ayında kakao və ondan hazırlanan məhsullar üzrə idxal Azərbaycanın ümumi idxalının 0,67 %-ni, ixrac isə ümumi ixracın 0,02 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 22 milyard 953 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,7 % çoxdur.

5 aylıq xarici ticarət dövriyyəsinin 16 milyard 114 milyon ABŞ dolları ixracın, 6 milyard 839 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 4,5 %, idxal isə 33,2 % artıb.

Son nəticədə xarici ticarətdə 9 milyard 276 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 9,8 % azdır.

44 - Tezliklə