Azərbaycan kakao ixracından gəlirini 3 dəfə artırıb
- 16 fevral, 2023
- 11:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il yanvar ayında Azərbaycan 8,662 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 63,7 % çoxdur.
Yanvarda Azərbaycanın kakao və ondan hazırlanan məhsullar ixracının dəyəri isə 0,445 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 2,8 dəfə çoxdur.
Bu ilin ilk ayında kakao və ondan hazırlanan məhsullar üzrə idxal Azərbaycanın ümumi idxalının 0,6 %-ni, ixrac isə ümumi ixracın 0,02 %-ni təşkil edib.
Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 289,5 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2022-ci ilin eyni dövrünə nisbətən 19 % azdır.
İllik xarici ticarət dövriyyəsinin 1 milyard 876,8 milyon ABŞ dolları ixracın, 1 milyard 412,7 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 39,2 % az, idxal isə 44,9 % artıb.
Son nəticədə xarici ticarətdə 464 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 4,6 dəfə azdır.