Azərbaycan kakao idxalına çəkdiyi xərci 20 %-dək artırıb

Biznes
  • 29 yanvar, 2022
  • 05:13
Azərbaycan kakao idxalına çəkdiyi xərci 20 %-dək artırıb

Ötən il Azərbaycan 90,911 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,953 milyon ABŞ dolları (19,7 %) çoxdur.

Ötən il ərzində Azərbaycanın kakao və ondan hazırlanan məhsullar ixracının dəyəri isə 5,73 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 1,83 milyon ABŞ dolları (46,9 %) çoxdur.

Hesabat dövründə kakao və ondan hazırlanan məhsullar üzrə idxal Azərbaycanın ümumi idxalının 0,78 %-ni, ixrac isə ümumi ixracın 0,03 %-ni təşkil edib.

44 filmi