Azərbaycan kakao idxalına çəkdiyi xərci 18 %-ə yaxın artırıb

Biznes
  • 21 dekabr, 2024
  • 12:22
Azərbaycan kakao idxalına çəkdiyi xərci 18 %-ə yaxın artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 119,213 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,7 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 9,586 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsulları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 17,5 % çoxdur.

Kakao və ondan hazırlanan məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 0,64 %-ni, ixrac isə ümumi ixracın 0,04 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 43 milyard 109,55 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 8,9 % azdır.

Xarici ticarət dövriyyəsinin 24 milyard 337,86 milyon ABŞ dolları ixracın, 18 milyard 771,69 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,8 % azalıb, idxal isə 18,7 % artıb.

44 filmi