Azərbaycan İtaliyaya yod tədarük etməyə başlayıb

Biznes
  • 28 fevral, 2025
  • 17:02
Azərbaycan İtaliyaya yod tədarük etməyə başlayıb

2024-cü ildə Azərbaycan 11,1 milyon ABŞ dolları dəyərində 197 ton yod ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 28 %, kəmiyyət olaraq – 15 % azdır.

Hesabat dövründə Azərbaycan Çinə 4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 28 % az) 74 ton (-18 %), Rusiyaya 3 milyon ABŞ dolları dəyərində (-26 %) 49 ton (+9 %), Hindistana 3 milyon ABŞ dolları dəyərində (-49 %) 54 ton (-44 %) və İtaliyaya 1,1 milyon ABŞ dolları dəyərində 20 ton məhsul satıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İtaliyaya tədarük həyata keçirilib.

2023-cü ildə Azərbaycandan 4 ölkəyə ixrac edilmiş 231 ton yodun 41,5 %-i Hindistanın, 39 %-i Çinin payına düşüb.