Azərbaycan İtaliyadan qaz sayğaclarının alışını kəskin artırıb
- 12 avqust, 2025
- 13:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan 1,7 milyon ABŞ dolları dəyərində 20 294 ədəd qaz sayğacı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 dəfə, kəmiyyət olaraq – 5 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 1,1 milyon ABŞ dolları dəyərində 19 603 ədəd (bir il əvvəl tədarük olmayıb), Almaniyadan 296,54 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 32 % çox) 225 ədəd (+89 %), İtaliyadan 166,5 min ABŞ dolları dəyərində (+277 dəfə) 178 ədəd (+16 dəfə), Türkiyədən 54,51 min ABŞ dolları dəyərində (+41 %) 55 ədəd (-45 %), Polşadan 36 min ABŞ dolları dəyərində (-10 %) 75 ədəd (+74 %) sayğac alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 44,4 min ədəd qaz sayğacının 62 %-i Çinin payına düşüb.