Azərbaycan İtaliyadan avtobus tədarükünü bərpa edib
- 19 mart, 2025
- 14:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan 5,8 milyon ABŞ dolları dəyərində 71 ədəd avtobus idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7 dəfə, kəmiyyət olaraq – 3,6 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 3,8 milyon ABŞ dolları dəyərində 50 ədəd (bir il əvvəl tədarük olmayıb), Almaniyadan 821 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 1,5 % çoxdur) 2 ədəd (-90 %), Türkiyədən 560 min ABŞ dolları dəyərində 6 ədəd (bir il əvvəl tədarük olmayıb), Özbəkistandan 533 min ABŞ dolları dəyərində 11 ədəd (bir il əvvəl tədarük olmayıb), İtaliyadan 48,1 min ABŞ dolları dəyərində 1 ədəd avtobus alıb.
Azərbaycan 3 il 4 aylıq fasilənin ardından İtaliyadan avtobus tədarükünü bərpa edib.