Azərbaycan İsveçrəyə qızıl tədarükündən qazancını 38 %-dən çox artırıb

Biznes
  • 20 iyul, 2026
  • 12:02
Azərbaycan İsveçrəyə qızıl tədarükündən qazancını 38 %-dən çox artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 3 milyard 636 milyon 158 min ABŞ dolları dəyərində 23 min 799,8 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər/ qızıl, sikkə kəsilməsində istifadə olmayan, digər emal olunmamış formalarda) ixrac edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 30 dəfə, kəmiyyət olaraq – 13,6 dəfə çoxdur.

Azərbaycan Böyük Britaniyaya 3 milyard 468 milyon 462,35 min ABŞ dolları dəyərində 21 min 902 kiloqram və İsveçrəyə 167 milyon 695,8 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 38,3 % çox) 1 min 897,8 kiloqram (+8,4 %) məhsul satıb.

Hesabat dövründə Azərbaycana xaricdən 14 milyon 904,8 min ABŞ dolları dəyərində (-99,5 %) 89,2 kiloqram (-99,7 %) qızıl gətirilib.

Azərbaycan Türkiyədən 12 milyon 39,5 min ABŞ dolları dəyərində (-39 %) 70,1 kiloqram (-55 %), İsveçrədən 2 milyon 785,3 min ABŞ dolları dəyərində (-98 %) 19 kiloqram (-98,7 %) və Birləşmiş Ərəb Əmirliklərindən 79,95 min ABŞ dolları dəyərində 0,08 kiloqram (1 il əvvəl tədarük olmayıb) qızıl alınıb.

Ötən il Azərbaycan ancaq İsveçrəyə qızıl satıb. Bu ölkəyə 326,2 milyon ABŞ dolları dəyərində 4 min 522 kiloqram qızıl tədarük olunub ki, bu da 1 il əvvəlki göstəricidən müvafiq olaraq 54 % və 6 % çoxdur.