Azərbaycan İsveçrəyə qızıl tədarükündən qazancını 32 %-ə yaxın artırıb

Biznes
  • 18 noyabr, 2026
  • 13:05
Azərbaycan İsveçrəyə qızıl tədarükündən qazancını 32 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 3 milyard 781 milyon 575 min ABŞ dolları dəyərində 25 min 359 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər/ qızıl, sikkə kəsilməsində istifadə olmayan, digər emal olunmamış formalarda) ixrac edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16 dəfə, kəmiyyət olaraq – 7 dəfə çoxdur.

Azərbaycan Böyük Britaniyaya 3 milyard 468 milyon 462 min ABŞ dolları dəyərində 21 min 902 kiloqram (1 il əvvəl tədarük olmayıb) və İsveçrəyə 313 milyon 112 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 31,6 % çox) 3 min 457,1 kiloqram (-6 %) məhsul satıb.

Hesabat dövründə Azərbaycana xaricdən 26 milyon 117,2 min ABŞ dolları dəyərində (-99,3 %) 170,76 kiloqram (-99,6 %) qızıl gətirilib.

Azərbaycan Türkiyədən 15 milyon 773 min ABŞ dolları dəyərində (-84 %) 96,68 kiloqram (-91 %), İsveçrədən 10 milyon 262,7 min ABŞ dolları dəyərində (-93 %) 74 kiloqram (-95 %) və Birləşmiş Ərəb Əmirliklərindən 81,5 min ABŞ dolları dəyərində 0,08 kiloqram (1 il əvvəl tədarük olmayıb) qızıl alıb.

Ötən il Azərbaycan ancaq İsveçrəyə qızıl satıb. Bu ölkəyə 326,2 milyon ABŞ dolları dəyərində 4 min 522 kiloqram qızıl tədarük olunub ki, bu da 1 il əvvəlki göstəricidən müvafiq olaraq 54 % və 6 % çoxdur.

44 filmi