Azərbaycan İsveçrədən xardal alışını bərpa edib

Biznes
  • 19 dekabr, 2024
  • 11:45
Azərbaycan İsveçrədən xardal alışını bərpa edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 315 min ABŞ dolları dəyərində 107,4 ton xardal tozu və hazır xardal idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 55 %, kəmiyyət olaraq – 34 % çoxdur.

Hesabat dövründə Azərbaycan Böyük Britaniyadan 90,2 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 107 dəfə çoxdur) 7,7 ton (+109 dəfə), Rusiyadan 77,2 min ABŞ dolları dəyərində (+35 %) 55,4 ton (+41 %), Niderlanddan 61,5 min ABŞ dolları dəyərində (-10 %) 20,25 ton (+1 %), Amerika Birləşmiş Ştatlarından 33,9 min ABŞ dolları dəyərində (+55 %) 10,8 ton (+64 %), Belarusdan 13,4 min ABŞ dolları dəyərində (+47 %) 6,21 ton (+55 %) məhsul alıb.

Azərbaycan 4 il 10 aylıq fasilənin ardından İsveçrədən (1,9 min ABŞ dolları dəyərində 0,1 ton) tədarükü bərpa edib.

2023-cü ildə Azərbaycana 13 ölkədən idxal edilmiş 114 ton xardalın 51,8 %-i Rusiyanın payına düşüb.