Azərbaycan İsveçrədən polietilen alışını bərpa edib
- 14 dekabr, 2024
- 11:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 109,5 milyon ABŞ dolları dəyərində 97 min 732 ton polietilen ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 13 %, kəmiyyət olaraq – 18 % azdır.
Azərbaycan Rusiyaya 82 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 10 % çoxdur) 70 min 296 ton (+21 %), Belarusa 9,54 milyon ABŞ dolları dəyərində (+9 dəfə) 9 min 197 ton (+10 dəfə), Ukraynaya 7,95 milyon ABŞ dolları dəyərində (+2,8 dəfə) 8 min 331 ton (+2,7 dəfə), Türkiyəyə 4,5 milyon ABŞ dolları dəyərində (-83 %) 4 min 907 ton (-85 %), Qazaxıstana 2,2 milyon ABŞ dolları dəyərində (+79 dəfə) 2 min 105 ton (+100 dəfə) məhsul satıb.
Hesabat dövründə Azərbaycan 44,7 milyon ABŞ dolları dəyərində (-17 %) 38 min 86 ton (-14 %) polietilen idxal edib.
Azərbaycan İrandan 20,7 milyon ABŞ dolları dəyərində (-34 %) 19 min 631 ton (-28 %), Səudiyyə Ərəbistanından 9,42 milyon ABŞ dolları dəyərində (+1,6 %) 8 min 792 ton (+8 %), Rusiyadan 4,3 milyon ABŞ dolları dəyərində (+24 %) 4 min 72 ton (+27 %), Cənubi Koreyadan 2,95 milyon ABŞ dolları dəyərində (+10 %) 1 min 121 ton (+13 %), Amerika Birləşmiş Ştatlarından 2,72 milyon ABŞ dolları dəyərində (-23 %) 1 min 744 ton (-22 %) məhsul alıb.
Azərbaycan 1 il 9 aylıq fasilənin ardından İsveçrədən (111 min ABŞ dolları dəyərində 41,3 ton) tədarükü bərpa edib.