Azərbaycan İspaniyadan hindtoyuğu ətinin alışını bərpa edib
- 21 aprel, 2025
- 13:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 806,1 min ABŞ dolları dəyərində 426 ton hindtoyuğu əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9 % çoxdur, kəmiyyət olaraq – 41 % azdır.
Hesabat dövründə Azərbaycan Braziliyadan 517 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 75 % çoxdur) 328 ton (-10 %), Rusiyadan 207,5 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 69 ton (+82 %), İordaniyadan 39,8 min ABŞ dolları dəyərində 4 ton (bir il əvvəl tədarük olmayıb), Portuqaliyadan 38,3 min ABŞ dolları dəyərində (-73 %) 24,9 ton (-75 %), İspaniyadan 2,7 min ABŞ dolları dəyərində 0,2 ton məhsul alıb.
Azərbaycan 1 il 1 aylıq fasilənin ardından İspaniyadan hindtoyuğu ətinin tədarükünü bərpa edib.