Azərbaycan iş adamları Rusiyada keçiriləcək foruma dəvət olunublar

Biznes
  • 27 fevral, 2017
  • 12:26
Azərbaycan iş adamları Rusiyada keçiriləcək foruma dəvət olunublar

Bakı. 27 fevral. REPORT.AZ/ Rusiyanın Moskva şəhərində “MDB: Gələcəyə baxış” adlı beynəlxalq iqtisadi forum keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) “Report”a verilən məlumata görə, sözügedən forum martın 17-də baş tutacaq.

Azərbaycanda sözügedən sahədə fəaliyyət göstərən iş adamları da forumda iştiraka dəvət olunublar. Forumda iştirak etmək istəyən sahibkarlar “Azpromo”ya müraciət edə bilərlər. 

44 - Tezliklə