Azərbaycan İrandan un alışını bərpa edib

Biznes
  • 10 iyun, 2025
  • 15:42
Azərbaycan İrandan un alışını bərpa edib

Bu ilin I rübündə Azərbaycan xarici ölkələrdən 978 min ABŞ dolları dəyərində 2 637 ton un (buğda və ya buğda-çovdar, qarğıdalı, digər dənlilərin) alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 55 %, kəmiyyət olaraq – 64 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 943,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 54 % azdır) 2 613 ton (-64 %), Türkiyədən 14,5 min ABŞ dolları dəyərində (-80 %) 9,8 ton (-83 %), Fransadan 7,6 min ABŞ dolları dəyərində (-15 %) 4,5 ton (-26 %), İtaliyadan 6,4 min ABŞ dolları dəyərində (+7 dəfə) 3 ton (+7 dəfə), İrandan 2,3 min ABŞ dolları dəyərində 2,25 ton məhsul alıb.

Azərbaycan 4 il 8 aylıq fasilənin ardından İrandan un tədarükünü bərpa edib.

2024-cü ildə Azərbaycana idxal edilmiş 21 428 ton unun 99 %-i Rusiyanın payına düşüb.