Azərbaycan İrandan kokos alışını kəskin artırıb
- 09 iyul, 2025
- 12:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 412 min ABŞ dolları dəyərində 167 ton hind qozu (kokos (qurudulmuş), daxili qişalı, digərləri) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 37 % azdır.
Hesabat dövründə Azərbaycan İndoneziyadan 223 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8 % çoxdur) 86 ton (-26 %), Vyetnamdan 126 min ABŞ dolları dəyərində (-15 %) 54 ton (-27 %), Kot-d'İvuar 51 min ABŞ dolları dəyərində (-14 %) 26 ton (-13 %), Tailanddan 7,4 min ABŞ dolları dəyərində (-56 %) 1,5 ton (-56 %), İrandan 3,3 min ABŞ dolları dəyərində (+7,5 dəfə) 1 ton (+7 dəfə) məhsul alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 660 ton kokosun 43 %-i İndoneziyanın, 30 %-i Vyetnamın payına düşüb.