Azərbaycan İrandan kartof alışını kəskin artırıb
- 17 aprel, 2024
- 11:22
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan 10,7 milyon ABŞ dolları dəyərində 40 min 226 ton kartof (toxumluq kartofdan başqa) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 %, kəmiyyət olaraq - 17 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 5,45 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 20 min 971 ton (+3 dəfə), Rusiyadan 3,4 milyon ABŞ dolları dəyərində (+60 %) 13 min 598 ton (+62 %), Belarusdan 1,5 milyon ABŞ dolları dəyərində (-61 %) 4 min 796 ton (-61 %), Gürcüstandan 301 min ABŞ dolları dəyərində (+60 %) 836 ton (+10,3 %) və Pakistandan 7,7 min ABŞ dolları dəyərində (-99,3 %) 24,9 ton (-99,3 %) məhsul alıb.
2023-cü ildə Azərbaycana 9 ölkədən idxal edilmiş 162 min 242 ton kartofun 41,8 %-i Rusiyanın, 23,9 %-i İranın, 22,9 %-i Belarusun payına düşüb.