Azərbaycan İrandan karp balığının idxalını kəskin artırıb

Biznes
  • 20 avqust, 2025
  • 15:19
Azərbaycan İrandan karp balığının idxalını kəskin artırıb

Bu ilin I yarısında Azərbaycan 1,8 milyon ABŞ dolları dəyərində 1 028 ton karp balığı (təzə və dondurulmuş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 28 %, kəmiyyət olaraq – 26 % çoxdur.

Hesabat dövründə İrandan 1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 dəfə çox) 464,5 ton (+2 dəfə) və Rusiyadan 762,3 min ABŞ dolları dəyərində (-14 %) 563,6 ton (-5 %) məhsul alınıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 1,5 min ton karpın 81,4 %-i Rusiyanın payına düşüb.

44 - Tezliklə