Azərbaycan İrandan gül tədarükünü 8 dəfə artırıb
- 06 may, 2025
- 11:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 4,12 milyon ABŞ dolları dəyərində 4,596 milyon ədəd gül (kəsilmiş təzə qızılgül, qərənfil, səhləbçiçəyi, xrizantema, zanbaq, qladiolus və digər) idxal edib.
"Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 56 %, kəmiyyət olaraq – 58 % çoxdur.
Hesabat dövründə Azərbaycan Ekvadordan 2,63 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 60 % çox) 1 milyon 698 min ədəd (+33 %), Kolumbiyadan 457 min ABŞ dolları dəyərində (+13 %) 327 min ədəd (+1,2 %), İrandan 451 min ABŞ dolları dəyərində (+13 dəfə) 395 min ədəd (+8 dəfə), Keniyadan 137 min ABŞ dolları dəyərində (-13 %) 103 min ədəd (-37 %), Niderlanddan 120 min ABŞ dolları dəyərində (-20 %) 83 min ədəd (-19 %) gül alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 11 milyon 353 min ədəd gülün 54 %-i Ekvadorun payına düşüb.