Azərbaycan İrandan dondurma idxalını kəskin artırıb

Biznes
  • 01 iyul, 2024
  • 10:37
Azərbaycan İrandan dondurma idxalını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 1 milyon ABŞ dolları dəyərində 219 ton dondurma idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 38 %, kəmiyyət olaraq – 32 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 525 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33 % azdır) 80,45 ton (-30 %), Rusiyadan 369 min ABŞ dolları dəyərində (-29 %) 103 ton (-17 %), Belarusdan 95,81 min ABŞ dolları dəyərində (+46 %) 26,64 ton (+42 %), Qazaxıstandan 24,48 min ABŞ dolları dəyərində (-30 %) 7,31 ton (-10 %), İrandan 3,94 min ABŞ dolları dəyərində (+66 dəfə) 1,71 ton (+34 dəfə) məhsul alıb.

2023-cü ildə Azərbaycana 15 ölkədən idxal edilmiş 1 min 346 ton dondurmanın 46,4 %-i Türkiyənin, 30,2 %-i Rusiyanın payına düşüb.