Azərbaycan İordaniyadan toyuq ətinin alışını bərpa edib

Biznes
  • 27 oktyabr, 2025
  • 12:20
Azərbaycan İordaniyadan toyuq ətinin alışını bərpa edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 27,1 milyon ABŞ dolları dəyərində 17 080 ton toyuq əti (təzə və ya soyudulmuş, dondurulmuş) idxal edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 32 %, kəmiyyət olaraq – 25 % azdır.

Hesabat dövründə Azərbaycana Ukraynadan 11,88 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 29 % az) 7 392 ton (-31 %), Rusiyadan 6,65 milyon ABŞ dolları dəyərində (-55 %) 4 405 ton (-43 %), Gürcüstandan 3,56 milyon ABŞ dolları dəyərində (+6 %) 1 445 ton (-18 %), Belarusdan 3,52 milyon ABŞ dolları dəyərində (+10 %) 3 272 ton (+58 %), Özbəkistandan 1,1 milyon ABŞ dolları dəyərində (-25 %) 380 ton (-32 %) məhsul gətirilib.

Azərbaycan 5 il 5 aylıq fasilədən sonra İordaniyadan (50,32 min ABŞ dolları dəyərində 8 ton) tədarükü bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti