Azərbaycan iki ölkəyə zeytun yağı ixrac etməyə başlayıb

Biznes
  • 12 mart, 2025
  • 13:43
Azərbaycan iki ölkəyə zeytun yağı ixrac etməyə başlayıb

Ötən il Azərbaycan 7,1 milyon ABŞ dolları dəyərində 1 037 ton zeytun yağı ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 82 %, kəmiyyət olaraq – 46 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 3,522 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 12 dəfə çoxdur) 472 ton (+9 dəfə), İspaniyaya 674 min ABŞ dolları dəyərində (-56 %) 110 ton (-58 %), İsrailə 600,6 min ABŞ dolları dəyərində 88 ton, Türkiyəyə 492 min ABŞ dolları dəyərində (-60 %) 98 ton (-61 %), Birləşmiş Ərəb Əmirliklərinə 487 min ABŞ dolları dəyərində (+38 %) 88 ton (+31 %) məhsul satıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Suriyaya (60 min ABŞ dolları dəyərində 5,72 ton) və İsrailə tədarük həyata keçirilib.

44 - Tezliklə