Azərbaycan iki ölkəyə çiyələk ixracını bərpa edib

Biznes
  • 16 avqust, 2024
  • 09:20
Azərbaycan iki ölkəyə çiyələk ixracını bərpa edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrə 22,52 milyon ABŞ dolları dəyərində 16 min 853 ton çiyələk və bağ çiyələyi (təzə) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26 %, kəmiyyət olaraq – 30 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 21,68 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 26 % çoxdur) 16 min 269 ton (+31 %), Qazaxıstana 675,29 min ABŞ dolları dəyərində (+3 %) 490,17 ton (-5 %), Belarusa 139,98 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 79,19 ton (+3 dəfə), Gürcüstana 17 min ABŞ dolları dəyərində 14,2 ton və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 3,5 min ABŞ dolları dəyərində 0,5 ton məhsul satıb.

Azərbaycan 5 il 5 ayın tamamında Gürcüstana və 2 il 11 aylıq fasilənin ardından BƏƏ-yə çiyələk tədarükünü bərpa edib.

2023-cü ildə Azərbaycandan 4 ölkəyə ixrac edilmiş 18 min 748 ton çiyələyin 97 %-i Rusiyanın payına düşüb.

44 - Tezliklə