Azərbaycan iki ölkədən zəncəfil idxalını kəskin artırıb
- 11 avqust, 2025
- 17:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan 389 min ABŞ dolları dəyərində 185,3 ton zəncəfil idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9 %, kəmiyyət olaraq – 11 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 248,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 30 % az) 121,6 ton (-30 %), Braziliyadan 105,7 min ABŞ dolları dəyərində (+2 dəfə) 52,9 ton (+2 dəfə), Hindistandan 25,9 min ABŞ dolları dəyərində (+63 %) 8,5 ton (+70 %), İrandan 6,5 min ABŞ dolları dəyərində (+2 dəfə) 2,2 ton (+2 dəfə), Türkiyədən 2,3 min ABŞ dolları dəyərində (+17 %) 0,2 ton (-13 %) məhsul alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 375 ton zəncəfilin 48,3 %-i Çinin, 47,2 %-i Braziliyanın payına düşüb.