Azərbaycan iki ölkədən toxumsəpən maşın idxalını bərpa edib

Biznes
  • 18 fevral, 2025
  • 13:17
Azərbaycan iki ölkədən toxumsəpən maşın idxalını bərpa edib

2024-cü ildə Azərbaycan 2,1 milyon ABŞ dolları dəyərində 219 ədəd toxumsəpən maşın idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü illə müqayisədə dəyər ifadəsində 32 %, kəmiyyət olaraq – 32 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 1,4 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 23 % çox) 180 ədəd (+20 %), İtaliyadan 219 min ABŞ dolları dəyərində (-20 %) 5 ədəd (-50 %), Almaniyadan 209 min ABŞ dolları dəyərində 27 ədəd, Amerika Birləşmiş Ştatlarından (ABŞ) 151,6 min ABŞ dolları dəyərində 2 ədəd, İrandan 48,9 min ABŞ dolları dəyərində (+63 %) 4 ədəd (+2 dəfə) toxumsəpən maşın alıb.

Azərbaycan 2 ilin tamamında ABŞ-dən, 1 il 1 aylıq fasilədən sonra Almaniyadan tədarükü bərpa edib.

44 filmi