Azərbaycan iki ölkədən tipoqrafiya boyalarının alışını kəskin artırıb

Biznes
  • 08 iyul, 2025
  • 13:08
Azərbaycan iki ölkədən tipoqrafiya boyalarının alışını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 1,9 milyon ABŞ dolları dəyərində 347 ton tipoqrafiya boyası (qara və digər rənglər) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində və kəmiyyət olaraq – 18 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 72 % çox) 224 ton (+71 %), Çindən 174 min ABŞ dolları dəyərində (-34 %) 26 ton (-53 %), Ukraynadan 139 min ABŞ dolları dəyərində (+90 %) 34 ton (+2,3 dəfə), Almaniyadan 96 min ABŞ dolları dəyərində (+48 %) 15 ton (+2,5 dəfə), Belarusdan 73 min ABŞ dolları dəyərində 19 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 929 ton tipoqrafiya boyasının 52 %-i Türkiyənin payına düşüb.

44 - Tezliklə