Azərbaycan iki ölkədən suvarma qurğuları almağa başlayıb
- 12 mart, 2025
- 17:21
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycan 37,9 milyon ABŞ dolları dəyərində 537 845 ədəd suvarma qurğuları (kənd təsərrüfatı və bağçılıq üçün) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 47 %, kəmiyyət olaraq – 3,8 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 29,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 35 % çoxdur) 40 265 ədəd (-65 %), Birləşmiş Ərəb Əmirliklərindən 4,1 milyon ABŞ dolları dəyərində (+44 %) 58 ədəd (+2,4 dəfə), İspaniyadan 2,1 milyon ABŞ dolları dəyərində (+45 dəfə) 457 465 ədəd (+228 min dəfə), Amerika Birləşmiş Ştatlarından 563 min ABŞ dolları dəyərində (+29 %) 3 165 ədəd (+23 dəfə), Səudiyyə Ərəbistanından 478 min ABŞ dolları dəyərində 6 ədəd məhsul alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belçikadan (53,24 min ABŞ dolları dəyərində 1 ədəd) və Səudiyyə Ərəbistanından tədarük həyata keçirilib.